Türkiyə səfiri Hikmət Hacıyevlə görüşdü - FOTO

15:11 07.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə səfiri “X” platformasında paylaşım edib.

“Türkiyə-Azərbaycan qardaşlığı sarsılmaz və əbədidir”, - o vurğulayıb.